Şəfəqə Doğru » Gündəm » Qazax Dövlət Dram Teatrı daha bir ilkə imza atıb

Qazax Dövlət Dram Teatrı daha bir ilkə imza atıb

Qazax Dövlət Dram Teatrı daha bir ilkə imza atıb


İlk dəfə Füzuli Dövlət Dram Teatrının rejissoru Mirzə Nicat adıçəkilən teatrın səhnəsində yazıçı Jalə İsmayılın "Ametist xanım və Apatit bəy" pyesi əsasında "Love butik" adlı tamaşaya quruluş verib. Rəssamı teatrın baş rəssamı Səyyat Məmmədov, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor asisstenti Kəmalə Eyyubova olan səhnə işində rolları əməkdar artist Hacı Hacıyev, Xanım Məmmədova, Yusif Qoca və Zəmanə Dərviş canlandırırlar. Təxminən 45 dəqiqə davam edən sənət əsəri ailə-məişət mövzusunda melo-dramadır. 

Tamaşa teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb. Premyeranı  qazaxlılarla yanaşı, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Anar Babalı, lənkaranlı xalq artisti Qabil Quliyev, eləcə də paytaxt Bakıdan dəvət olunmuş gənc rejissor və aktyorlar da izləyiblər. Tamaşaçılar arasında pyesin müəllifi Jalə İsmayıl, yazıçı-dramaturq Ülviyyə Heydərova və jurnalist- tərcüməçi Rəbiqə Nazimqızı da yer alıblar. 

"Love butik" 12 mart 2024-cü il saat 19:00- da Azərbaycan Teatr Xadimləri İttifaqının dəvəti ilə ittifaqın səhnəsində nümayiş etdiriləcək. Növbəti ayda isə qazaxlılar adıçəkilən tamaşa ilə Lənkərana yollanacaqlar (mediaxeberleri.az).