“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi "qaçaqmalçılıq" ittihamı ilə təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib.
Məhkəmə şikayəti əsaslı hesab etməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.