Şəfəqə Doğru » Gündəm » Sumqayıtda avtomobil qatarla toqquşdu - Ölən var

Sumqayıtda avtomobil qatarla toqquşdu - Ölən var

Sumqayıtda avtomobil qatarla toqquşdu - Ölən var
Sumqayıtda ağır yol qəzası baş verib.

Shafaqadogru.com FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyə Bakı-Quba magistral avtomobil yolunun 34–cü km-də, Sumqayıt şəhəri ərazisində "VAZ” markalı avtomobilin yük qatarıyla toqquşması ilə bağlı məlumat daxil olub.

Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılı vəziyyətdə qalan 1976-ci il təvəllüdlü Qocayev Abuzər Rizvanoğlunun meyitini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 01:07-də başa çatıb.