Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib.
“Qafqazinfo” “News.am”a istinadən xəbərinə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib.
Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiyi bildirilib.
Eyni zamanda faktla bağlı cinayət işi açıldığı qeyd olunub.
Qeyd edək ki, aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.