Redaksiyamız Bakıda restoranlarından birində çəkilmiş görüntüləri təqdim edir.
Belə ki, restoranda təşkil edilmiş şou-proqrama dəvət edilən rəqqasəni pula "boğan” qonaqlar arasında məmurlar diqqəti çəkib.
Shafaqadogru.com cebhe.info-ya istinadən xəbər verir ki, yüksək vəzifəli məmurların, nazirlik əməkdaşlarının da qatıldığı şou-proqramda rəqqasə Nigarın rəqsinə heyran olan məmur qonaqlar onu "şabaş yağmuruna” tutub.
Restoranın adı və şou-proqramda iştirak edən vəzifəli şəxslərin kimliyi redaksiyaya məlumdur. Onlar arasında icra başçısının müavini, general oğlu, Bakı rayonlarından birinin icra hakimiyyəti başçısının oğlu da var.
Əməkdaşımız həmin görüntüləri restorandakı şou-proqramda çəkib.