Şəfəqə Doğru » Gündəm » Prezident Xocalı məhkəməsinə sədr təyin etdi

Prezident Xocalı məhkəməsinə sədr təyin etdi

Prezident Xocalı məhkəməsinə sədr təyin etdi

Xocalı Rayon Məhkəməsinə hakim və sədr təyin edilib.

 Prezident İlham Əliyevin Sərəncamına əsasən, Tural Mehman oğlu Ələkbərov Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.

Qeyd edək ki, T. Ələkbərov dövlət başçısının Sərəncamı ilə 2021-ci ilin dekabrında Goranboy Rayon Məhkəməsinin hakimi təyin edilmişdi.