Şəfəqə Doğru » Gündəm » Yeni Zelandiya Yeni Kaledoniyadan 300-dən çox insanı təxliyə etdiyini açıqlayıb

Yeni Zelandiya Yeni Kaledoniyadan 300-dən çox insanı təxliyə etdiyini açıqlayıb

Yeni Zelandiya Yeni Kaledoniyadan 300-dən çox insanı təxliyə etdiyini  açıqlayıb
Yeni Zelandiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yeni Kaledoniyadan 300-dən çox insanı təxliyə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters repatriasiya reyslərindəki sərnişinlər arasında əcnəbilərin də olduğunu bildirib.


U.Peters qeyd edib ki, Yeni Zelandiya Hərbi Hava Qüvvələrinin yeddi reysi Numea şəhərindən Oklendə 225 Yeni Zelandiya vətəndaşı və 145 əcnəbi daşıyıb: "Fransa və Yeni Kaledoniya hakimiyyət orqanları icazə verən kimi biz vətəndaşlarımız və kömək istəyən xarici vətəndaşlar üçün (evakuasiya) uçuşlar təşkil etdik”.

O, həmçinin bildirib ki, evinə qayıtmaq istəyən Yeni Kaledoniya sakinləri eyni reyslərlə Numeaya göndərilib