Bərdədə dörd yaşlı uşağın iynə vurulduqdan sonra ölməsi ilə bağlı rəsmi açıqlama verilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.az saytına bildirilib ki, 2020-ci il təvəllüdlü uşaq avqustun 13-ü saat 22 radələrində aqonal vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə gətirilib.
"Aparılan reanimasiya tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb. Saat 22:58-də ölüm faktı qeydə alınıb.
Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq", - deyə məlumatda qeyd olunur.