"Bakı-Ağstafa qatarında vaqonda 31 dərəcə isti var. Boğuluruq. Sərnişinlərin irad və etirazlarına məhəl qoyan yoxdur. Su içindəyik! İşgəncə…".
Bu sözləri jurnalist Gülnaz Qəmbərli sosial media hesabında yazıb.
Onun sözlərinə görə, bələdçi məsləhət görüb ki, bir daha 72 saylı qatara bilet almayın: "Deməsinə görə, bu qatarlarda belə olur. Maşinist isə deyib ki, hazırda kondinsioner 24-ü göstərir. Qeyd edim ki, saat 09:15-də Bakıdan hərəkət edən qatar, sovet dövründən qalıb və restavrasiya edilib".
Jurnalist sonra Dəmiryolu İdarəsinə səslənərək, bildirib ki, bu, vətəndaşların istehlakçı hüquqlarını pozmaqdır.