Nəzrin Abdullayeva şirkətin giriş qapısının açarını 2009-cu ilin dekabr ayından orda fəhlə işləyən Murada etibar edib. Sonuncu isə 10 dekabr 2022-ci il tarixdən 4 avqust 2023-cü il tarixədək icarəyə götürdüyü avtomobillə oradan ümumi dəyəri 130 min manat olan avadanlıq oğrlayıb. Hətta Murad öz müdirinin "Axus" firmasına aid idman qaçış aparatını, masaüstü kompyuterini, bir ədəd sarı rəngli kreslonunu da oğurlayıb.
Təqsirləndirilən şəxs şirkətdən həmçinin 50 ədəd ümumi dəyəri 2250 manat olan qızılı supra boşqabı, bir ədədi 45 manat dəyərində 50 ədəd ümumi dəyəri 2250 manat olan ağ rəngli boşqabı, bir ədədi 35 manat dəyərində 50 ədəd ümumi dəyəri 1750 manat olan qırağı gümüş olan balaca boşqabı, bir ədədi 45 manat dəyərində 52 ədəd ümumi dəyəri 2340 manat olan şüşə böyük bakalı, iki ədəd hər birinin dəyəri 2500 manat olan ümumi dəyəri 5000 manat olan şüşə güldanı, bir ədədi 135 manat olan 100 ədəd ümumi dəyəri 13.500 manat olan ağ rəngli stulu, dəyəri 4000 manat olan LG markalı televizoru, dəyəri 1800 manat olan bir ədəd "Samsung” markalı soyuducunu, cəmi dəyəri 12.900 manat olan 2 ədəd konveksion sobanı, dəyəri 3000 manat olan 1 ədəd pizza hazırlamaq üçün soyuducunu və s. avadanlıqları oğuralayaraq, şirkətə ümumi dəyəri 127.691 manat məbləğində ziyan vurub.