Şəfəqə Doğru » Gündəm » Gəncə, Lənkəran və Qazaxa yeni prokurorlar təyin edilib

Gəncə, Lənkəran və Qazaxa yeni prokurorlar təyin edilib

Gəncə, Lənkəran və Qazaxa yeni prokurorlar təyin edilib

Prokurorluq orqanlarında kadr dəyişiklikləri olub.

Lent.az-ın məlumatına görə, baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Gəncə şəhər prokuroru Azad Qarayev vəzifədən azad edilərək, Lənkəran rayon prokuroru vəzifəsinə göndərilib.

Həmçinin digər əmrlə Rauf Gözəlov Qazaxın prokuroru vəzifəsindən azad edilib və Gəncə şəhərinin prokuroru vəzifəsinə təyin edilib.

Bunlardan əlavə, Bakı şəhər Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi Rövşən Əliyev isə Qazax rayonunun prokuroru vəzifəsinə təyinat alıb.