Bakıda özünü binadan atan gənc oğlan ölüb.
Lent.az-ın məlumatına görə, hadisə oktyabrın 15-də Xətai rayonu Nəsirəddin Tusi küçəsində baş verib.
27 yaşlı İsmayılov Emil İslam oğlu kirayə yaşadığı evin pəncərəsindən özünü atıb. O, aldığı xəsarətlərdən oktyabrın 24-ü səhər saatlarında xəstəxanada ölüb.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, mərhum kəlmeyi-şəhadət gətirdikdən sonra özünü binadan atıbmış.