İran üzərində hava məkanının bağlanması nəticəsində bir sıra beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət ediblər.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Qeyd olunub ki, Bakı hava limanına uğurla eniş edənlər sırasında "Jazeera Airways"aviadaşıyıcısının Moskva (DME) - Küveyt reysi, "Fly Dubai"ın Budapeşt, Moskva (VKO), Minsk, Kazan və Sankt-Peterburqdan Dubaya olan uçuşları, eləcə də "Air Arabia" aviaşirkətinin Moskva - Şarja reysi yer alır.
Heydər Əliyev Beynəlxalq Aeroportu bütün müvafiq resursları səfərbər edərək eniş etmiş reyslərə operativ və yüksək səviyyəli xidmət göstərir.
Xatırladaq ki, oktyabrın 26-sı gecə saatlarında İsrail hərbi təyyarələrlə İranın strateji obyektlərinə üç silsilə hücum təşkil edib. İran bu səbəbdən hava məkanını bağlayıb.