Şəfəqə Doğru » Gündəm » Bakida zavod direktoru işdən çıxarılıb.yerinə yenisi təyin olunub

Bakida zavod direktoru işdən çıxarılıb.yerinə yenisi təyin olunub

Bakida zavod direktoru işdən çıxarılıb.yerinə yenisi təyin olunub

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Azon zavodu" MMC-nin direktoru Ruhin Cəfərov vəzifəsindən azad edilib.

"Report"-un xəbər-inə görə, müəssisəyə rəhbərlik Yaşar İbrahimova həvalə olunub.

Xatırladaq ki, Azon zavodu 1974-cü ildə Mikrosхеmotехnika Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib. Müəssisə 1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub, 2006-cı ildən isə Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir. Zavod Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir. Onun nizamnamə kapitalı 554 928 manatdır.