Müharibə veteranı cəriməsinin silinməsini istəyir
Bu gün, 00:30
11
Bu gün DaşSalahlı kənd sakini Ləzgiyev Natiq İsfəndiyar oğlu tərəfindən redaksiyamıza müraciət daxil olmuş və müraciətdə sahibi olduğu 10 VX 756 dövlət nişanlı , 21015 markalı avtomobilinə Bakı şəhərində yol hərəkəti qaydasını pozduğuna dair cərimə yazıldığı və 50 manatı ödəməli olduğu barədə,DYP Tərəfindən məktub aldığını söyləmiş və redaksiyamızın yardımı ilə Qazax DYP -də yoxlatmışdır.Qazax DYP-nin əməkdaşları ona qaydanı pozan başqa avtomobilin olduğunu şəkildə göstərmişlər. Sonra isə, cərimənin silinməsi üçün Az.DYP-nə müraciət etməsini bildirmişlər.Natiq hansı ünvana və necə müraciət edəcəyini bilmədiyindən , redaksiyamızdan o cərimənin siliməsi üçün yardım istəmiş. Biz isə tərəfimizdən o protokolu yazan DYP əməkdaşına işinə məsuliyyətli yanaşmasını və xəstə adamı həyacanlandırmamasını tövsiyə edirik. Cərimənin isə, Natiqin adından silinməsinə yardım yardımçı olsun.Qeyd edim ki,Hatiq 2-ci qrup əlil və Qarabağ müharibəsi veteranıdır.