Şəfəqə Doğru » Gündəm » Litva hökuməti istefa verib

Litva hökuməti istefa verib

Litva hökuməti istefa verib

İnqrida Simonitenin rəhbərlik etdiyi Litva hökuməti istefa verib.
Yeniavaz.com-un xəbərinə görə, bu prosedur qanunla nəzərdə tutulub.
Noyabrın 14-də respublikanın oktyabrda seçilmiş parlamenti işə başlayıb. Bundan sonra Nazirlər Kabineti istefa verir və dövlət başçısı növbəti 15 gün ərzində nazirlər kabinetinə namizədi təsdiq etmək üçün deputatlara təqdim etməlidir.
Ölkə prezidentinin mətbuat xidmətinin məlumatına görə, prezident hökumətə yeni baş nazir təyin olunana və Nazirlər Kabineti formalaşana qədər öz vəzifələrinin icrasını davam etdirməyi tapşırıb.
Seçkilərdə qalib gələn Litva Sosial Demokrat Partiyası bu vəzifəyə özünün sədr müavini, kompüter sistemləri üzrə mütəxəssis 45 yaşlı Gintautas Paluckası həvalə edib. Onun namizədliyi partiya sədri Viliya Blinkeviçutenin baş nazir postuna deyil, Avropa Parlamentinin üzvü olaraq qalması qərarından sonra irəli sürülüb.