Şəfəqə Doğru » Gündəm » İcra başçısının üşüməməsi üçün görüş otağı xüsusi qızdırıcılarla isidildi

İcra başçısının üşüməməsi üçün görüş otağı xüsusi qızdırıcılarla isidildi

İcra  başçısının üşüməməsi üçün görüş otağı  xüsusi qızdırıcılarla  isidildi

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Piran və Zərigüməco kəndlərinin sakinləri ilə görüş keçirib. 

 “Qaynarinfo”ya istinadən verilən xəbərdə bildirilir ki, fotolarda həmin görüş zalında sakinlərin oturduğu hissədə deyil, yalnız Ə.Abbasovun oturduğu masanın yanında iki istilik sobasının qoyulması diqqət çəkib. 

İcra başçısının keçirdiyi görüş zalında istilik olmaması və buna görə oturduğu masanın arxasına elektrik qızdırıcılarının qoyulması müzakirələrə səbəb olub. 

Marlıdır ki, görüşdə sakinlər tərəfindən elə elektrik təsərrüfatının yenilənməsi, içməli su probleminin həlli kimi bir neçə müraciət səsləndirilib. Əksər vətəndaşlar otaqda gödəkçə ilə əyləşiblər. 

Qeyd edək ki, görüş 8 yanvar tarixində keçirilib.