Şəfəqə Doğru » Gündəm » Avropadakı epimediya fransızları təşvişə salıb

Avropadakı epimediya fransızları təşvişə salıb

Avropadakı epimediya fransızları təşvişə salıb

Fransanın səhiyyə naziri Yannik Noyder ölkə vətəndaşlarını qrip epidemiyası ilə əlaqədar tibbi maska taxmağa çağırıb.

Bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

"Biz epidemiya vəziyyətindəyik və maskadan istifadə çox vacibdir. COVID-19 zamanı bizdə qastroenterit (ishal və qusmaya səbəb olan infeksiya - red.) və qrip daha az idi" - deyə Fransanın səhiyyə naziri vurğulayıb.

Y.Noyder məcburi peyvəndin mümkünlüyünə də işarə vurub.

"Ola bilsin, məcburi peyvənd tətbiq edilsin. Bu mövzuda heç bir tabu olmamalıdır", - deyə o əlavə edib.

Qeyd edək ki, son günlər qrip epidemiyası Avropanı cənginə alıb və onlarla insanın ölümünə səbəb olub.