Fransanın Baş naziri Fransua Bayru ölkə Prezidenti Emmanuel Makronun dövründə respublikanın xarici borcunun 12% artdığını açıqlayıb.
Hökümət başçısı bunu parlamentdə səsləndirdiyi bəyanatda bildirib.
"Biz ölkəmizin həddindən artıq borcunun olduğunu etiraf edib, xarici borcumuzu azaltmağa başlamalıyıq. Emmanuel Makronun dövründə xarici borcumuz 12% artıb”, - Bayru vurğulayıb.
Bayrunun sözlərinə görə, Fransanın dövlət borcu heç vaxt bu qədər yüksək olmayıb // apa