Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.
Məlumata görə, bu vəzifəyə daxili xidmət polkovniki Vaqif İbrahimov gətirilib.
Qeyd edək ki, bir müddət öncə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi general-mayor Aqşin Kazımov vəzifəsindən azad edilərək Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.