Şəfəqə Doğru » Gündəm » Gömrük Komitəsi: Ötən il 35255 hüquqpozma faktı aşkar edilib

Gömrük Komitəsi: Ötən il 35255 hüquqpozma faktı aşkar edilib

Gömrük Komitəsi: Ötən il 35255 hüquqpozma faktı aşkar edilib

Ötən il ərzində 35255 hüquqpozma faktının aşkar edilib.

Bunu Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini gömrük xidməti general-mayoru Bəhruz Quliyev Dövlət Gömrük Komitəsində Kollegiya iclasında deyib.

O vurğulayıb ki, bunlardan 1278-i cinayət xarakterli, 33977-i inzibati xəta faktlarıdır.

Eyni zamanda, bildirilib ki, hesabat ilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub və ümumilikdə 379 kq 127 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb // apa