Gəncədə tibb müəssisəsində özünə xəsarət yetirən xəstə vəfat edib.
“Qafqazinfo”-ya istinadla yayılan xəbərdə bildirilir ki, Gəncə Reabilitasiya Mərkəzində müalicə alan şəhər sakini M.Vəlixanov fevralın 5-də başını divara vurub.
Nəticədə o, ağır xəsarət alıb.
M.Vəlixanov fevralın 6-da aldığı xəsarətdən vəfat edib. Bildirilib ki, özünə xəsarət yetirən şəxs ruhi-əsəb xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.
Başını divara çırpan xəstə ölüb
Bu gün, 10:30 9![Başını divara çırpan xəstə ölüb](/uploads/posts/2025-02/thumbs/1738346165867.png)