Şəfəqə Doğru » Gündəm » Moskvada partlayış- General ölüb

Moskvada partlayış- General ölüb

Moskvada partlayış-  General ölüb

Rusiyanın Moskva vilayətində avtomobil partladılıb.

Hadisə Balaşixa şəhərində yaşayış binasının həyətində baş verib. 

KİV-in məlumatına görə, "Volkswagen" markalı avtomobilin partladılması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general Yaroslav Moskalik həlak olub.

Məlumata görə, hadisə zamanı general park edilmiş "Volkswagen Golf" markalı avtomobilin yanından keçib. Partlayış dalğası onu bir neçə metr kənara atıb. Moskalik 2021-ci ildə baş əməliyyat idarəsinin rəis müavini vəzifəsinə təyin edilib//lent.az