Bu günlərdə Maliyyə Nazirliyidə qəbul olunduğu iddia edilən qərar həm diş həkimlərini, həm də vətəndaşları narahat edib.
Belə ki, Maliyyə Nazirliyi tərəfindən dövlət xəstəxanalarında işləyən diş həkimlərindən hər ay işlədikləri iş otağına görə min iki yüz (1200) manat məbləğində ödəniş tələb olunduğu haqqında məlumatlar yayılıb. Adının hallandırılmasının istəməyən mənbənin bildirdiyinə görə, böyük şəhərlərdə tələb olunan bu məbləğ isə 1800 azn-dir. Bu isə, ozündə deməkdir ki, ölkədə dişlərin müalicə xərci ən azı iki qat dərəcəyədək artacaq. Daha açıq yazılacaq olarsa, bu günə qədər bir diş müalicəsi üçün 20 azn lazim idisə, bundan sonra həmin məbləğ 40-50 azn-ə qədər artacaq. Çünki, fəaliyyət göstərdikləri otaqlar üçün yerpulu verməyə məcbur edilən həkimlər həmin məbləği öz qazanclarıyla ödəməyəcək, bunun əvəzinə, pasiyentlərindən tələb edəcəklər. Nəticədə isə olan yenə sadə vətəndaşa olacaq.
Mövzu ilə bağlı bir neçə stamatoloqun narazı mövqeləri artıq bəzi sosial şəbəkələrdə onlar tərəfindən dilə gətirilib. Onlar bu cür tələbin ciddi narazılıqlarla qarşılanacağını, bunun həm onların iş fəaliyyətinə həm də pasiyentlərinin büdcəsinə ciddi təsir göstərəcəklərindən narahatliq bildiriblər.
Neymət Novruzlu