Şəfəqə Doğru » Gündəm » "Azərbaycan və Ukrayna bundan sonra da bir-birinin ərazi bütövlüyünü dəstəkləyəcək"

"Azərbaycan və Ukrayna bundan sonra da bir-birinin ərazi bütövlüyünü dəstəkləyəcək"

"Azərbaycan və Ukrayna bundan sonra da bir-birinin ərazi bütövlüyünü dəstəkləyəcək"

"...Bu gün biz müxtəlif formatlarda görüşlərimizdə ikitərəfli münasibətlərimizi müzakirə etdik, çoxtərəfli pLatformalarda Azərbaycan-Ukrayna əməkdaşlIğı haqqında danışmaq imkanımız oldu”.

Bunları xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.


Nazir bildirib ki, Azərbaycan Ukrayna münasibətləri hər zaman dostluq, qarşılıq hörmətə əsaslanan münasibətlər olub: “Bizim münasibətlərdə hər zaman beynəlxalq hüququn normal və prinsipləri üstünlük təşkil edir. Azərbaycan və Ukrayna bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir və bundan sonra da dəstəkləyəcək”.