Vəzifə və tarif maaşlarının üzərinə çox da fokuslanmaq lazım deyil.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
Şöbə müdiri bildirib ki, bu gün Azərbaycan reallığında həkimlərin tarif maaşı 550-700 manat arasındadır: “Kifayət qədər tanınmış həkimlər yaxşı maaş alırlar və bu, tarif maaşına əlavələrdir” //apa