Şəfəqə Doğru » Gündəm » Linn Treysi Rusiyada səfirlik missiyasını bitirir

Linn Treysi Rusiyada səfirlik missiyasını bitirir

Linn Treysi Rusiyada  səfirlik missiyasını bitirir

ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi səlahiyyət müddəti başa çatdığı üçün Moskvadan ayrılır.

Bu barədə Amerika səfirliyi məlumat yayıb.

“Linn Treysiyə ardıcıl diplomatiyaya, Rusiya mədəniyyətinə dərin hörmətə və Amerika xalqına sədaqətli xidmətinə görə minnətdarlığımızı bildiririk”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Linn Treysi 2023-cü ildən ABŞ-nin Rusiyadakı səfiri idi.