Şəfəqə Doğru » Gündəm » Şəmkirdə yas mərasimləri zamanı isti yeməklər verilməsi dayandırılıb - Mağazalara borclu qalırlar

Şəmkirdə yas mərasimləri zamanı isti yeməklər verilməsi dayandırılıb - Mağazalara borclu qalırlar

Şəmkirdə yas mərasimləri zamanı isti yeməklər verilməsi dayandırılıb - Mağazalara borclu qalırlar

Şəmkir rayonunda yas mərasimlərində ehsan kimi isti yeməklərin verilməsi yığışdırılıb. 

Bir neçə gün öncə Şəmkir bələdiyyəsinin sədri Vüqar Həsənov tərəfindən yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı məsələ qaldırılıb. 

Buna səbəb həmin dövrdə yas mərasimlərində vətəndaşların marketlərə 35 min manatdan çox borcunun yığılmasıdır. Məbləğin bu qədər yüksəlməsi isə həmin mərasimlərdə 3 cür isti yemək və şirniyyatların verilməsi olub. 

Bununla bağlı V. Həsənov və bələdiyyə kollektivi şəhər ağsaqqalları, mollalar və rayon ictimaiyyəti ilə görüşlər keçirib, əhali arasında təbliğatlar aparıb və uzun illər davam edən adət-ənənəni sadələşdirməyə nail olublar. 

Qeyd olunur ki, artıq Şəmkirdə yas mərasimlərində isti yemək və ya şirniyyat verilmir, nəticədə vətəndaşlar yaxınlarının yas mərasimlərinə görə borclu qalmırlar/// qafqazinfo