Şəfəqə Doğru » Gündəm » Temperatur bu tarixdən enəcək- Şad xəbər

Temperatur bu tarixdən enəcək- Şad xəbər

Temperatur bu tarixdən enəcək- Şad xəbər

Avqustun 9-dan etibarən havanın temperaturu enəcək.

Bunu Lent.az saytına açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun bildirdiyinə görə, hazırda ölkə ərazisində isti hava müşahidə olunur:

"Bu gün və sabah Bakı və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Mülayim külək əsəcək, havanın temperatoru maksimum 35-40 dərəcə isti olacaq. Bəzi bölgələrdə isə gündüz saatlarında arabir qısa müddətli az yağış yağacaq, şimşək çaxacaq". 

Gülşad Məmmədova qeyd edib ki,  avqustun 9-dan etibarən şimal küləklərinin güclənəcəyi gözlənilir. Bu da istilik effektini bir qədər azaldacaq.