Şəfəqə Doğru » Gündəm » "Prezident təqaüdü" alanlara şad xəbər- Məbləğ artırıldı

"Prezident təqaüdü" alanlara şad xəbər- Məbləğ artırıldı

"Prezident təqaüdü" alanlara şad xəbər- Məbləğ artırıldı

Prezident təqaüdünün məbləği bu gündən artırılıb.

Gundeminfo.az-ın  xəbərinə görə, bu barədə iyulun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilib.
Daha əvvəl bu məbləğ 270 manat təşkil edirdi.