Şəfəqə Doğru » Gündəm » Pavel Durov Qazaxıstanda süni intellekt laboratoriyası açdı

Pavel Durov Qazaxıstanda süni intellekt laboratoriyası açdı

Pavel Durov Qazaxıstanda  süni intellekt laboratoriyası açdı

“Telegram” messenceri və “VKontakte” sosial şəbəkəsinin təsisçisi Pavel Durov Qazaxıstanda “Alem AI” adlı süni intellekt laboratoriyası açıb.


Qazaxıstanın “Tengrinews” portalına istinadən verilən xəbərdə bildirilir ki, P.Durov bu barədə məlumatı Astanada keçirilən “Digital Bridge 2025” beynəlxalq forumunun plenar iclasında açıqlayıb.

Onun sözlərinə görə, həmin laboratoriyanın ilk layihəsi “Telegram”la ölkənin Süni İntellekt Nazirliyi tərəfindən yaradılan superkompüter klasteri arasında əməkdaşlıq olacaq: “Bu texnologiya bir milyarddan çox insana süni intellekt funksiyalarından məxfi, şəffaf və səmərəli şəkildə istifadə etməyə imkan verəcək”.


P.Durov forum çərçivəsində həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüş keçirib.