Şəfəqə Doğru » Gündəm » Həbs olunan sabiq icra başçısı hakim qarşısına çıxarılıb

Həbs olunan sabiq icra başçısı hakim qarşısına çıxarılıb

Həbs olunan sabiq icra  başçısı hakim qarşısına çıxarılıb

Qaxın xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilən sabiq icra başçısı Musa Şəkiliyev bu gün məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo”nun  məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi Musa Şəkiliyevin cinayət işi ilə bağlı məhkəməyə vəsatət təqdim edib.


İstintaq orqanı iri həcmli iş üzrə əlavə sübutların toplanmasının vacibliyini nəzərə alaraq təqsirləndirilən şəxs barəsindəki həbs qətimkan tədbiri müddətinin uzadılmasını istəyir.

Vəsatətə Səbail Rayon Məhkəməsində baxılıb.

Hakim vəsatəti əsaslı sayaraq təmin edib. Qərara əsasən M.Şəkiliyevin həbsdə saxlanılma müddəti 4 ay uzadılıb.

Qeyd edək ki, DTX bu ilin iyununda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən Musa Şaban oğlu Şəkiliyev icra başçısı vəzifəsindən azad edilib.

Hazırda M.Şəkiliyevin işlədiyi dövrdə yol verilən qanun pozuntuları araşdırılır.