Şəfəqə Doğru » Gündəm » Bakı ilə Təbriz arasında qardaş şəhər əməkdaşlığı müzakirə olunur

Bakı ilə Təbriz arasında qardaş şəhər əməkdaşlığı müzakirə olunur

Bakı ilə Təbriz arasında qardaş şəhər əməkdaşlığı müzakirə olunur

Bakı ilə Təbriz arasında qardaş şəhər əməkdaşlığı müzakirə olunur.

Bunu "III Azərbaycan Milli Şəhərsalma Forumu" çərçivəsində jurnalistlərə açıqlamasında İranın Təbriz şəhərinin meri Yaghoub Houshyar deyib.

O qeyd edib ki, Bakı dünyanın bir çox şəhəri ilə qardaş şəhər elan edilib və bu əməkdaşlıq formatı Təbrizlə də mümkündür:

“Daha əvvəl Bakı və Təbriz arasında belə bir əməkdaşlıq müzakirə olunub. Ümid edirik ki, yaxın gələcəkdə bu sahədə konkret addımlar atılacaq. Dövlət başçılarımızın razılaşmasına əsasən üç şəhərdə mədəniyyət həftələri təşkil olunacaq. Onlardan biri Təbrizdə, digəri isə Bakıda keçiriləcək”.

O bildirib ki, mədəniyyət həftələrinin təşkili hər iki şəhərdə ictimai-mədəni əlaqələrin genişlənməsinə töhfə verəcək: “Tədbirin gələn il baş tutması nəzərdə tutulur”.