Shafaqadogru.com"report"a istinadən xəbər verir ki, hadisə yerinə polis əməkdaşları gəlib, hazırda bina mühasirəyə alınıb.
"Bıçaq və qırma tüfəngi ilə silahlanmış maskalı şəxs 70 rahibin yaşadığı qocalar evinə daxil olub", - deyə agentliyin mənbələrindən biri bildirib.
Onun sözlərinə görə, hücumun motivləri hələ məlum deyil. Silahlı şəxsin bir neçə nəfəri girov götürdüyü ehtimal edilir.
"Reuters"in məlumatına görə, polis tərəfindən xüsusi əməliyyatın aparıldığı ərazidə qadın meyiti aşkar edilib. Təsdiq olunmamış məlumatlara görə, o, monastrın işçisi olub və polis çağırmağa macal tapıb.
"Daily Mail" yazır ki, hücum nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.