Şəfəqə Doğru » Gündəm » Pakistanda ordunu tənqid edən islam alimi öldürülüb

Pakistanda ordunu tənqid edən islam alimi öldürülüb

Pakistanda ordunu tənqid edən islam alimi öldürülüb

Pakistan İslam Alimləri Cəmiyyətinin üzvü Hafiz Mövlana Abdussəlam Arif ölkənin hərbi rəhbərliyini tənqid etməsindən sonra sui-qəsd nəticəsində öldürülüb.

Bununla bağlı “Dawn” nəşri məlumat yayıb.

Onun naməlum motosikletçilər tərəfindən Xayber Paxtunxva əyalətinin Çarsadda bölgəsində güllələnərək öldürüldüyü bildirilir.

Hadisənin motivləri ilə bağlı araşdırma aparılır. Polis olay yerindən sübutlar toplayıb və yardım göstərmək üçün ekspertlər qrupunu da çağırıb.

global.info