Şəfəqə Doğru » Gündəm » Bakıda məşhur restoranda partlayış olub

Bakıda məşhur restoranda partlayış olub

Bakıda məşhur restoranda partlayış olub

Noyabrın 7-si Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən “La Villa” restoranında partlayış olub.


“Qafqazinfo”nun xəbərinə görə, restoranın mətbəxində baş vermiş partlayış zamanı orada çalışan Məlahət Cəfərova ağır xəsarətlər alıb.


O, xəstəxanaya yerləşdirilsə də, 5 gün sonra, noyabrın 12-si vəfat edib.


Faktla bağlı araşdırma aparılır.