Şəfəqə Doğru » Gündəm » Ağstafada su quyusuna düşən qadın həyatını itirib

Ağstafada su quyusuna düşən qadın həyatını itirib

Ağstafada   su quyusuna düşən qadın həyatını itirib

Ağstafada bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Yenigün kəndində qeydə alınıb. Kənd sakini 74 yaşlı G. Qəhrəmanova yaşadığı evin həyətində su quyusuna düşərək ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.