Azərbaycanda avtomobil nömrələrində yenilik edilib.
Bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara görə, AZS 599:2025 dövlət standartına əsasən, dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasındakı "defis" işarələri ləğv edilib.
Xatırladaq ki, bir müddət əvvəl dövlət qeydiyyat nişanlarındakı mikroçiplər də ləğv edilmişdi.
Bu günə qədər avtomobil nömrələrindəki defis işarəsini silən sürücülər cərimə olunurdu // 32gun.az