Şəfəqə Doğru » Gündəm » Sabiq idarə rəisini maşın vuraraq həyatına son qoyub

Sabiq idarə rəisini maşın vuraraq həyatına son qoyub

Sabiq idarə rəisini maşın vuraraq həyatına son qoyub

Dünən axşam saatlarında Sumqayıtda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, şəhər sakini Adil Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə S.Vurğun küçəsində yolu keçən piyada 55 yaşlı Yaqub Qərib oğlu Əhədovu vurub.

Y.Əhədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə,Yaqub Əhədov Müdafiə Nazirliyinin Silahlandırma idarəsinin keçmiş rəisi olub. O, bir neçə il əvvəl nazirlikdəki vəzifəsindən kənarlaşdırılıb və barəsində cinayət işi açılıb.