Fransanın Azərbaycandakı səfirliyində Fransız dili müəllimlərinin Beynəlxalq Günü qeyd olunub.
Fransanın Azərbaycandakı səfirliyi Fransız dili müəllimlərinin Beynəlxalq Gününü (JIPF) ali və orta təhsil müəssisələrinin müəllimləri, təhsil nümayəndələri və Bakıda akkreditə olunmuş frankofon səfirlərin iştirakı ilə qeyd edib.

Səfir Sofi Laqutt fransız dili müəllimlərinin misilsiz əməyini yüksək qiymətləndirərək, APFAZ-a göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.
O, fransız dilinin Azərbaycanda təşviqinin öz fəaliyyətinin prioritetlərindən biri olduğunu vurğulayıb // gununsesi.info
