Çeçenistanın paytaxtı Qroznıdakı "Qroznı Şəhər" adlı göydələn dronlarla vurulub.
Çeçenistann Təhlükəsizlik Şurası, Mərkəzi Seçki Komissiyası və digər mühim dövlət quurmlarının fəaliyət göstərdiyi binaya kamikadzde droanlarla zərbə endirilib.
Məlumata görə, zərbələrdən sonra çoxmərtəbəli ofis binasıda güclü partlayışlar baş verib: "Binaya ciddi ziyan dəyib. Partlayışlar şəhərdə isə qorxu, panika və çaxnaşmaya səbəb oldu. Növbəti dron təhlükəsi səbəbindən Qroznı, Beslan və Maqas hava limanları bağlanıb".
Rusiya mediası yazır ki, bu hücumlar Ukrayna tərəfindən təşkil olunub.
Maraqlı budur ki, nə Çeçenistan, nə Rusiya rəsmi qurumları bu barədə açıqlama verirlər.
Yeri gəlmişkən, gecəyarısı Rusiyanın Krasnodar bölgəsindəki Temryuk limanı da vurulub: "Dronla limandakı yanacaq anbarları məhv edilib" // mia.az
