Rusiyanın İvanovo vilayətində An-22 təyyarəsi qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan An-22 təyyarəsi Müdafiə Nazirliyinə məxsus olub.
“Hərbi-nəqliyyat təyyarəsinin ekipajının öldüyü ehtimal edilir. Xilasedicilər artıq pilotları, onların cəsədlərini axtarırlar. Hələlik təyyarənin qəzaya uğradığı ərazidə – Uvodskoye su anbarında yalnız təyyarənin qalıqları tapılıb”, – deyə bildirilib.
Məlumata görə, An-22 təmirdən sonra planlı sınaq uçuşu həyata keçirirdi.
