Şəfəqə Doğru » Gündəm » FHN əməkdaşlarına ali rütbələr verilib

FHN əməkdaşlarına ali rütbələr verilib

FHN əməkdaşlarına ali rütbələr verilib

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.

Mia.az xəbər verib ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:

"general-leytenant" ali hərbi rütbəsi

general-mayor Adil Ələsgər oğlu Abdullayevə

"general-mayor" ali hərbi rütbəsi

polkovnik Fərhad Nəriman oğlu Səmədova

polkovnik Seymur Taleh oğlu Qaraşova

"daxili xidmət general-mayoru" ali xüsusi rütbəsi

daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova.