Şəfəqə Doğru » Gündəm » 3 nəfər 47 kq narkotiklə tutulub- Polisdən uğurlu əməliyyat

3 nəfər 47 kq narkotiklə tutulub- Polisdən uğurlu əməliyyat

3 nəfər 47 kq narkotiklə tutulub- Polisdən uğurlu əməliyyat

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları paytaxt və bölgələrdə əvvəllər məhkum olunan Səddam Əsədov, Emin Balakişiyev və Emin Əliyev saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 47 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir // mia.az