Şəfəqə Doğru » Gündəm » Kürdəmirin deputatı haqda ŞOK MƏLUMATLAR

Kürdəmirin deputatı haqda ŞOK MƏLUMATLAR

Kürdəmirin deputatı haqda ŞOK MƏLUMATLAR
"Kürdəmirin deputatını görən olsa desin ki, bir rayona ayaq qoy. Millətin səninlə işi var. Yoxsa 933 dəfə "tərif" deyərik” 

 Shafaqadogru.com Politika.Az-a istinadən  xəbər verir ki, bunu Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin sədri Lətafət Məlikova bildirib. 
Kürdəmirin deputatı haqda ŞOK MƏLUMATLAR
Əməkdaşlarımız bu fikirlərdən çıxış edərək Kürdəmirdən olan jurnalistlər və digər ictimai fəal insanlarla söhbət edərək onlardan rayonun deputatı Müslüm Məmmədov haqda bilgi almağa çalışıblar. Söhbət əsnasında deputat haqda şok məlumatlar üzə çıxıb. Bildirilib ki, deputat ötən il keçirilən seçkilərindən bəri bir dəfə də olsun rayona gəlməyib: "Bildiyimiz qədər özü xaricdə yaşayır. Rayonda guya köməkçisi var, amma onu tapıb ünsiyyətdə olmaq hələ heç bir rayon sakininə nəsib olmayıb. Rayon sakinlərinə heç bir xeyri dəyməyib. Kürdəmirdə N qədər problem var, amma heç birini nə biz ona çatdıra bilirik, nə də o məlumatsızdı deyə aidiyyatı qurumlara. Ümumiyyətlə, rayonda sonuncu dəfə nə vaxt olduğunu xatırlayan yoxdur. Buralara gəlmir deyə, problemlərdən də bixəbərdir. Məsələn, Kürdəmirdə ciddi yol problemi var. Payız aylarında işçiləri kütləvi şəkildə məcburi formada pambıq yığımına aparırdılar, rayon sosial problemlər içərisində boğulur, deputat bunlardan bixəbərdir. Səbəb də odur ki, uzun müddət rayonda yaşayıb, nəinki Kürdəmirin, heç Azərbaycanda ümumi tipik problemlərdən xəbərdar deyil. Bir sözlə, dərdimizi deməyə deputat tapmırıq”.

Deputatın seçiciləri bildirirlər ki, M.Məmmədov Brüsseldə yaşayır və orada təşkilat rəhbəridir. Politika.Az-ın araşdırmaları zamanı məlum oldu ki, deputat Belçika vətəndaşıdır. Bu barədə hələ ötən il parlament seçkiləri ərəfəsində məlumat yayılmışdı. Bildirilirdi ki, bitərəf olan deputatlığa namizəd Brüsseldə Azərbaycan Kommunikasiya Ofisinin rəhbəridir. 2009-cu ildə fəaliyyətə başlamış bu ofis Belçikada lobbi xidmətinin təşkili ilə məşğuldur. Onun 35 yaşı var.

Təşkilatın əsas məqsədi Azərbaycanın siyasi, iqtisadi, mədəni xəbərlərini, eləcə də tarixi, qədim adət-ənənələrini, musiqisini Avropada, xüsusən də Brüseldə yerləşən Avropa cəmiyyətlərində yaymaqdır.

Ofisi Brüsseldə yerləşir (200, Louise küçəsi, 1050, Brüssel, Belçika).

Və beləliklə, 57 saylı Kürdəmir seçki dairəsini parlamentdə təmsil etməli, dairə ərazisində yaşayan insanların təklif və şikayətlətini dinləyib onlara müvafiq yardımı etməli olan deputat Avropanın ən yüksək səviyyəli şəhərlərindən birində yaşayır, seçicilərinin vəziyyətindən isə xəbəri yoxdur. 

Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.