Şəfəqə Doğru » Gündəm » Şahin Şıxlinski Yekaterinburqda məhkəmə qarşısına çıxarılıb

Şahin Şıxlinski Yekaterinburqda məhkəmə qarşısına çıxarılıb

Şahin Şıxlinski Yekaterinburqda məhkəmə qarşısına çıxarılıb

Bu saatlarda Yekaterinburqun Kirov rayon Məhkəməsində Azərbaycan diasporunun keçmiş rəhbəri və Səfərovların cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilməklə, hakimlər kollegiyası müəyyənləşdiriləcək…

E1.ru-ya istinadla yayılan məlumatda  bildirilib ki, məhkəmə kollegiyası bu günkü hazırlıq iclasında ötən illərdə törədilmiş ağır cinayətlərdə ittiham olunanların günahının nə dərəcədə olub-olmamasını müəyyən edəcək. Müttəhimlər kürsüsündə Diasporun keçmiş lideri Şahin Şıxlinski, Səfərov qardaşları (Məzaxin, Akif, Ayaz, Bəkir və Əhliman) və Şücəddin Rəcəbov var. İttiham aktına görə, bu şəxslər bir sıra ağır cinayətlərdə iştirak edib. Adı çəkilənlər isə ittihamları qətiyyətlə rədd edir və özlərini günahkar hesab etmirlər.

Xatırladaq ki, sabiq diaspor rəhbəri Elçin Şıxlinski 2010-cu ildə Fehruz Şirinovun qətlinə cəhddə iştirak etməkdə ittiham olunur (Rusiya Cinayət Məcəlləsinin 30 və 105-ci maddələri). Şıxlinskinin oğlu Mutvalla isə dövlət məmuruna qarşı zorakılıq tətbiq etmək ittihamı ilə həbs edilib (həbs olunduğu zaman «Gelendvagenlə» qaçmağa cəhd edib və təhlükəsizlik işçisini vurub. İttihamda belə yazılıb).

Müstəntiqlər, həmçinin Səfərovların 2001-ci ildə Azərbaycan əsilli Yunus Paşayevin qətlində iştirak etdiklərinə dair şübhələr olduğunu əsaslandırmağa çalışıblar.

Qeyd edək ki, E.Şıxlinskinin həbsindən sonra onun rəqibi, “Ural Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzi” ictimai təşkilatının sədri Vidadi Mustafayev diasporun yeni lideri olub. Lakin dekabrın əvvəlində o da 16 milyon rubl məbləğində dələduzluq ittihamı ilə həbs edilib. Əməliyyat İset Qülləsinin birinci mərtəbəsində baş tutub.

Məhkəmə kollegiyasının bu günkü qərarı barədə əlavə məlumat veriləcək. Bu gün təqsirləndirilən şəxslərin şəxsiyyəti və ittiham aktında qeyd olunan cinayət əməllərindəki iştirakçılığı dəqiqləşdiriləcək // tezadlar.az