Şəfəqə Doğru » Gündəm » “Həmişə bunu istəyirdik”-İrandan İraqa açıq mesaj

“Həmişə bunu istəyirdik”-İrandan İraqa açıq mesaj

“Həmişə bunu istəyirdik”-İrandan İraqa açıq mesaj

ABŞ hərbi qüvvələrinin Əyn əl-Əsəd bazasından çıxarılması və “UNAMI” missiyasının sona çatması İraqda müstəqilliyin, sabitliyin və milli suverenliyin möhkəmlənməsinin açıq göstəriciləridir”.

Bunu İran xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı ilə mətbuat konsfrasında qeyd edib (global.onfo).

“İslam Respublikası İraqda həmişə güclü və müstəqil bir ölkə istəyib və inanır ki, bu ölkə regionda sülh və sabitlik üçün əsas rol oynamaq üçün zəruri imkanlara malikdir.


Tehran İraqın region diplomatiyasında konstruktiv və artan rolunu alqışlayır. Həmçinin qarşılıqlı çağırışların həllində və regional dialoqların təşviqində əməkdaşlığa hazır olduğumuzu bildiririk”, – deyə nazir bildirib.

Əraqçi əlavə edib ki, tərəflər “Strateji Əməkdaşlıq üzrə Ümumi Razılaşmanın” hazırlanmasını ciddi şəkildə davam etdirirlər.