Şəfəqə Doğru » Gündəm » Pezeşkian Naxçıvan hadisəsinin araşdırılacağını deyib

Pezeşkian Naxçıvan hadisəsinin araşdırılacağını deyib

Pezeşkian Naxçıvan hadisəsinin araşdırılacağını deyib

İran Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib.

Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb.

Prezident İlham Əliyev İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb.

Dövlət başçısı Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.