Şəfəqə Doğru » Gündəm » Türkiyədə Azərbaycan vətəndaşını döyüb eyvandan aşağı atdılar

Türkiyədə Azərbaycan vətəndaşını döyüb eyvandan aşağı atdılar

Türkiyədə Azərbaycan vətəndaşını döyüb eyvandan aşağı atdılar

Türkiyənin Sakarya vilayətinin Arifiye qəsəbəsində Azərbaycan vətəndaşına ağır xəsarətlər yetirilib.

Yerli mediaya istinadən xəbərdə bildirilir ki, Fatih məhəlləsində naməlum şəxs və ya şəxslər 30 yaşlı S.A.-nı döyüblər.

Daha sonra eyvandan küçəyə atılan həmyerlimizi sakinlər görərək, təcili tibbi yardım çağırıblar.

Ağır kəllə-beyin və digər xəsarətlər almış gənc Sakarya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır // qafqazinfo