Şəfəqə Doğru » Gündəm » Makrondan Trampına: “Cavaba layq deyil”

Makrondan Trampına: “Cavaba layq deyil”

Makrondan  Trampına: “Cavaba layq deyil”

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın özü və ailəsi haqqında “Makron hələ də arvadının çənəsinə ilişdirdiyi şapalağın təsirindədir” sözlərini qınayıb.

O, Cənubi Koreyaya səfəri ərəfəsində Trampın məlum açıqlamasına cavab verib.

Makron  bildirib ki, Trampın bu davranışı prezident postuna uyğun olmayan səviyyəsiz açıqlamadır:  "Biz bu gün son dərəcə ciddi şeylərdən danışırıq. Bu gün müharibədə öldürülən mülki şəxslər, bölgədə davam edən müharibədən danışırıq. Bu müharibənin iqtisadiyyatlarımıza təsirlərindən danışırıq. Düşünürəm ki, vətəndaşlarımız, amerikalılar da eyni şeyi yaşayırlar. Yanacaq və qazın qiymətləri artır. Eşitdiyim sözlər, istinad etdiyiniz sözlər xoş və səviyyəli deyil. Tramp bu sözlərinə görə cavaba layiq deyil” //mia.az